
WUF13
AZ Projects Group olaraq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində tədbirin vizual konsepsiyasının və brendinq həllərinin həyata keçirilməsinə töhfə verdik. Layihə beynəlxalq tədbirlərin yüksək keyfiyyətli vizual təqdimatı, peşəkar istehsal və quraşdırma həlləri sahəsində təcrübəmizi nümayiş etdirir.
WUF13 Azərbaycan Əməliyyat ŞirkətiBakı Olimpiya Stadionu, Bakı, Azərbaycan2026
Layihə haqqında
2026-cı il mayın 17–22-də Bakıda keçirilən WUF13 şəhərsalma, dayanıqlı inkişaf və gələcəyin yaşayış mühitinə həsr olunmuş mühüm beynəlxalq platformadır. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunan forum dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirib.
AZ Projects Group olaraq bu miqyaslı layihədə tədbir mühitinin vizual tərtibatı, brendinq, reklam və istehsal həlləri istiqamətlərindəki peşəkar yanaşmamızı ortaya qoyduq. Konseptual yanaşmadan istehsal və quraşdırmaya qədər hər bir mərhələdə keyfiyyət, funksionallıq və vizual bütövlük əsas prioritetlərimiz oldu.
WUF13 layihəsi beynəlxalq tədbirlər üçün kompleks həllər təqdim etmək, mürəkkəb layihələri koordinasiyalı şəkildə həyata keçirmək və brendlərin vizual kimliyini genişmiqyaslı məkanlarda effektiv şəkildə əks etdirmək bacarığımızı nümayiş etdirən əhəmiyyətli təcrübələrimizdən biridir.
AZ Projects Group olaraq beynəlxalq standartlara uyğun yanaşmamız və detallara verdiyimiz önəm ilə hər bir layihədə funksionallıq, estetika və peşəkarlığı bir araya gətirməyə çalışırıq.
Göstərdiyimiz xidmətlər
Nəticələr
300+
brendinq elementi
530 000+ m²
brendinq sahəsi

